Tehran - İRNA - ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlamasında ölkənin qırıcılarından birinin Qırmızı dəniz üzərində daxili atəşlə vurulduğunu açıqlayıb.

Centcom-un açıqlamasında deyilir: Harry S. Truman təyyarədaşıyan gəmisindən havaya qalxan F/A-18 Hornet qırıcısı təyyarə gəmisini müşayiət etmək vəzifəsi daşıyan raket kreyseri Gettysburg tərəfindən hədəf alınaraq vuruldu.

Bu açıqlamaya görə, bu qırıcının qəzaya uğraması zamanı hər iki pilot kabinədən çıxa bilib, onlardan biri yüngül xəsarət alıb.