Tehran - İRNA - Tehran Universitetinin texniki fakültələrinin tədqiqatçıları İran Milli Neft Şirkətinin kəşfiyyat idarəsi ilə birgə araşdırma zamanı neft şist laylarının istismarı texnologiyasına nail olublar.

Bu tədqiqat layihəsində İranda ilk dəfə olaraq neft şist laylarından yarımkoks texnologiyasından istifadə etməklə və laboratoriya-yarısənaye miqyasında şist neftinin alınması üçün zəruri texnologiya təqdim olunub.
Texniki fakültələrin dosenti Əli Şikarifərdın Estoniyadan olan Tallin Texnologiya Universiteti ilə birgə həyata keçirdiyi bu texnoloji layihənin məqsədi Loristanın Qalikuh ərazisində neft şistlərinin istismarı imkanlarının tədqiqi və qiymətləndirilməsi üçün xüsusi tədqiqatlar aparmaqdır.