Kazım Qəribabadi X sosial şəbəkəsində mesaj yayımlayıb və yazıb: ABŞ Ədliyyə Nazirliyinin İraqda həbsdə olan İran vətəndaşı Məhəmməd Rza Nuriyə qarşı iddia və ittihamları etibarlı fakt və sənədə dayanmır və hüquqi təməlsiz və əsassızdır. Cənab Nurinin həbsi özbaşına həbs nümunələrindən biridir.
O əlavə edib: Biz bütün dünyada İran vətəndaşlarının hüquqlarını müdafiə etməyi özümüzə xas borc hesab edirik və bu iranlının hüquqlarını müdafiə və dəstəkləmək, onu vətəninə və ailəsinə qaytarmaq üçün səylərimizi davam etdirəcəyik.