Yəmən Silahlı Qüvvələri iki ayrı-ayrı pilotsuz təyyarə əməliyyatında işğal olunmuş Fələstin ərazilərində Yaffa bölgəsi və Aşkelon sənaye bölgəsində sionist rejimin mühüm və həyati hədəflərini vurub.
Bu barədə Yəmən Silahlı Qüvvələrinin bəyanatında bildirilir ki, iki hərbi əməliyyat keçirdik, bunlardan birincisi düşmən sionist rejimin işğal altındakı Yaffa bölgəsində həyati və həssas mövqeyini, ikincisi isə işğal altındakı Aşkelon bölgəsində bu rejimin sənaye sahəsini hədəf aldı.
Bəyanatda əlavə olunub: “Bu iki əməliyyat iki pilotsuz təyyarə ilə həyata keçirildi və Allahın lütfü ilə nəzərdə tutulan hədəflər uğurla vuruldu.”
Bəyanatda bu iki əməliyyatın beşinci mərhələdə məzlum Fələstin xalqına və onların mücahidlərinə dəstək və Qəzzədə qardaşlarımızın qətliam edilməsinə cavab olaraq həyata keçirildiyi qeyd olunur.