Qazaxıstan baş nazirinin müavini Qanat Bozimbayev bildirib ki, bu təyyarə qəzasında ümumilikdə 38 nəfər ölüb.
Azərbaycan prezidenti İlham Əliyevin administrasiyasının mətbuat xidməti məlumat yayıb ki, təyyarə əlverişsiz hava şəraiti ilə əlaqədar marşrutunu dəyişib. Hadisə Aktauda eniş zamanı baş verib.
Baş verənlərlə bağlı müxtəlif açıqlamaların olduğunu vurğulayan Azərbaycan prezidenti hər kəsdən istintaqın müəyyənləşməsini gözləməyi xahiş edib.
“Azərbaycan Hava Yolları” QSC çərşənbə günü bildirib ki, insidentlə bağlı təhqiqat başa çatana qədər bütün Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı reyslərini ləğv edib.