Tehran - İRNA - Sionist rejim Livanın cənubundakı Qantara və Təyyibə şəhərlərinə hücum edərək atəşkəsi pozmağa davam edib və bu şəhərlərdə bir neçə evi yandırıb.

Bu ölkənin ordusu verdiyi açıqlamada İsrail rejiminin hərbçilərinin atəşkəs razılaşmasını pozaraq Livan ərazilərinə soxulmağa davam etdiyini açıqlayıb.

Bu bəyanatda bildirilir ki, sionist düşmən tərəfindən atəşkəs sazişinin uzunmüddətli pozulması və Livanın milli suverenliyinə qəsd və vətəndaşlarına hücumun davamında İsrail rejiminin təcavüzkar hərbçiləri 2024-cü il dekabrın 28-də Qantara və Təyyibə-Mərcəiyyun şəhərlərinə girmiş və bir neçə yaşayış evini yandırmışlar.

Livan ordusu əlavə etdi: Ordunun və Birləşmiş Millətlər Təşkilatının Livandakı müvəqqəti sülhməramlı qüvvələrinin (UNIFIL) birgə patrulu atəşkəs razılaşmasına (mexanizminə) nəzarət edən beş nəfərlik komitənin koordinasiyası ilə vəziyyəti izləmək üçün insident yerinə gedib.