Tehran - İRNA - Azərbaycan Respublikasının Prezidenti bildirib ki, son versiya qara qutu açılandan sonra bəlli olacaq, ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir.

Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Faktlar ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir.” 

O, əlavə edib: “Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir.”