Tehran - İRNA - Azərbaycan Respublikasının “Trend” xəbər agentliyi çərşənbə günü İranın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkilinin bu ölkənin Xarici İşlər Nazirliyinə dəvət olunduğunu bildirib.

İranın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağai Məryanın dəvət olunmasının səbəbi Ərdəbil vilayətində keçirilən mərasimdə qeyri-rəsmi bir şəxsin Azərbaycan Respublikasının rəsmilərinə qarşı açıqlamasının olduğu bildirilib. Trend Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə istinadən yazıb: “Azərbaycan tərəfi bu hadisə ilə bağlı İran rəsmisinə öz etirazını bildirib.” Müqavimət Cəbhəsi və Çaldıran şəhidlərinin anım mərasimində qeyri-rəsmi bir şəxsin qeyri-adi açıqlamaları son günlər müxalifət mediasının sui-istifadəsinə səbəb olub.