Tehran - İRNA - Sionist əsirərin ailələri HƏMAS ilə razılaşmaya mane olduğu üçün növbəti dəfə sionist rejimin baş nazirinin evi qarşısında etiraz aksiyası keçiriblər.

Sionist əsirlərin ailələri növbəti dəfə sionist rejimin baş naziri Benyamin Netanyahunun evi qarşısında nümayiş keçirərək, onun əleyhinə şüarlar səsləndiriblər.

Sionist rejim televiziyasının 12-ci kanalı da bu barədə məlumat yayıb ki, sionist əsirlərin ailələri Netanyahunun evinin qarşısında nümayiş keçirməklə eyni vaxtda işğal altındakı Qüds küçəsinin kəsişməsini bağlayıblar.