Tehran - İRNA - İraq Əhli-Sünnə Alimlərinin rəhbəri Şeyx Xalid əl-Məla deyib: “Həşd Şaabi bizim şərəf və namusumuzdur.”

Şeyx Xalid əlavə edib: “Kim istəsə də, istəməsə də, şəhid Süleymani, şəhid Əbu Məhdi və şəhid Seyid Həsən Nəsrullah bizim şəhidlərimizdir.”

Əhli-sünnə alimi deyib: “Əbu Məhdi həmişə deyirdi: Mən ölsəm və ya şəhid olsam, deyin ki, bir xidmətçi dünyadan köçdü.”

“Həşd Şaabi ləğv olunmayacaq. Çünki onun təşkil olunmasının mahiyyəti bizim inanc, təfəkkür, din, əxlaq, şərəf və namusumuzdur. Biz ondan əl çəkməyəcəyik” - deyə, o, qeyd edib.