Tehran - İRNA - HƏMAS-ın hərbi qanadının sözçüsü bu bazar ertəsi İordan çayının qərb sahilinin şimalındakı anti-sionist əməliyyatı alqışlayıb və işğalçı rejimin bu bölgədəki müqaviməti məhv etmək səylərini əbəs adlandırıb.

HƏMAS-ın hərbi qanadı olan Şəhid İzzədin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə açıqlamasında vurğulayıb: “İordan çayının qərb sahilinin cəsur qəhrəmanları bir daha sübut etdilər ki, Əl-Əqsa Tufanı döyüşünün içindədirlər, onların müqavimətini qırmaq, yaxud işğalçılar və onların muzdluları tərəfindən Qəzzəni dəstəkləməkdən çəkindirmək üçün bütün mərclər uğursuzluğa məhkumdur.”
Əbu Ubeydə deyib: “Düşmən bilməlidir ki, Qəzzə və İordan çayının qərb sahilinə qarşı qırğın və işğalı davam etdirdikcə, öz əsgərlərinin və təcavüzkar qüvvələrinin qanı ilə bunun əvəzini ağır şəkildə ödəyəcək.”
İzzəddin Əl-Qəssam Briqadalarının sözçüsü əlavə edib: “Sionist düşmən həmçinin bilməlidir ki, Fələstin xalqı əmin-amanlıq əldə etməyincə bu rejim təhlükəsizlik və əmin-amanlıq görməyəcək.”