Yəmənin təhlükəsizlik qurumları yaydıqları bəyanatda bildiriblər: “Allahın lütfü ilə, İngiltərəyə bağlı bir casus şəbəkəsinin üzvlərinin həbsi ilə bu ölkənin və Səudiyyə Ərəbistanının kəşfiyyat orqanlarının düşmənçilik hərəkətləri iflasa uğradı.”
Yəmənin təhlükəsizlik qurumları vurğulayıb: “Vəd edilmiş qələbə və müqəddəs cihad döyüşünə mane olmaq, eləcə də Qəzzədə Fələstin müqavimətinə dəstək verən Yəmənin əməliyyatını dayandırmağa cəhd edən şər üçbucağının (Amerika, İngiltərə və sionist rejim) kəşfiyyat orqanları və onların müttəfiqləri hədəflər bankı yaratmaq üçün təcavüzkar və düşmənçilik fəaliyyətlərini genişləndirməyə çalışırdılar və bu istiqamətdə İngiltərə kəşfiyyatı Səudiyyə Ərəbistanının kəşfiyyat idarəsi ilə əməkdaşlıq və koordinasiyada ölkənin strateji obyektlərini hədəfə almaq üçün hərbi kəşfiyyat əməliyyatları keçirmək məqsədi ilə kəşfiyyat elementlərini cəlb etməyə, işə götürməyə və öyrətməyə səy ediblər.
Yəmən təhlükəsizlik orqanlarının bəyanatında əlavə olunur: “Bu casusluq şəbəkəsinin ən mühüm məqsədləri raket və pilotsuz uçuş aparatları qüvvələrini, bəzi hərbi və təhlükəsizlik mövqelərinə aid mövqe və obyektləri, həmçinin Yəmənin yüksək rütbəli rəsmilərinin yerlərini, evlərini və hərəkətlərini izləmək olmuşdur.”
Bu bəyanata əsasən, həbs edilən casusluq agentləri Ər-Riyadda İngiltərə və Səudiyyə zabitləri tərəfindən işə götürülmə mərhələsində sınaqdan və texniki təlimlərdən keçiblər. Qiymətləndirmə və təsdiqdən sonra onlar izləmə, təqib və məlumatların toplanması sahəsində təlim kurslarına qoşulublar ki, casusluq bacarıqları əldə etməklə yanaşı, Yəməndə adı çəkilən zabitlər tərəfindən verilən tapşırıqları yerinə yetirmək üçün casus proqramları, cihaz və texnologiyalarından istifadə sahəsində təlim keçsinlər.
Publish Date: 6 yanvar 2025 - 21:15
Tehran - İRNA - Yəmənin təhlükəsizlik qurumları İngiltərənin bir casus şəbəkəsinin üzvlərinin həbs edildiyini, İngiltərə kəşfiyyat agentliyi (Mİ6) və Səudiyyə Ərəbistanı kəşfiyyat təşkilatının düşmənçilik hərəkətlərinin məğlubiyyətə uğradığını açıqlayıb.