Tehran - İRNA - Sionist rejim ordusu Qəzzə zolağında döyüşlər zamanı kəşfiyyat bölük komandirinin müavini vəzifəsində yüksək rütbəli bir hərbçisinin öldüyünü, müharibə zamanı məhv edilən zabit və yüksək rütbəli hərbçilərinin sayının 83 nəfərə yüksəldiyini etiraf edib və onlardan 63 nəfərinin bölük komandiri olduğunu bildirib.

Sionist rejim ordusunun sözçüsü açıqlamasında deyib: “Nahal” briqadasının kəşfiyyat bölməsinin qüvvələrindən biri Qəzzə zolağının şimalında gedən döyüşdə öldürülüb.”

Bununla bağlı sionist rejim mediaları bildirib: “Nahal briqadasının çavuşu “İdo Şamiş” Qəzzə zolağının şimalında gedən döyüş zamanı öldürülüb.”