İnqilabın Ali Rəhbəri Ayətullah Xamenei çərşənbə günü, yanvarın 8-də Qum əhalisindən minlərlə insanla görüşündə İranın Pəhləvi dövründə Amerikanın maraqlarının qalası olduğunu bildirib və deyib: O, bu qalanın qəlbindən İslam inqilabı çıxdı və amerikalılar başa düşmədi, amerikalılar aldandılar və amerikalılar yuxuda qaldılar və amerikalılar qafil oldular, amerikalıların hesablama səhvi budur.
İnqilabın rəhbəri dedi: Proqram işi yalan danışmaqdan və reallıqla ictimai rəyin düşüncə və təxəyyülü arasında məsafə qoymaqdan ibarətdir. Sən güclənirsən, o sənin zəiflədiyini təbliğ edir, özü zəifləyir, gücləndiyini təbliğ edir; Təhdid edilməz olursan, deyir səni təhdidlərlə məhv edəcəm! Bu təbliğatdır, bəzi insanlar təsirlənir.
O, sözünə davam etdi: Bu gün bizim təbliğat və mədəniyyət qurumlarımızın, İrşad və Televiziya Nazirliyinin, kiberməkan fəallarımızın əsas və mühüm işi düşmənin nüfuzu xülyası pərdəsini yırtmaq, onu sındırmaq, düşmənin təbliğatının ictimai rəyə təsir göstərməsinə imkan verməməkdir. Qumlular o gün belə etdi.
İslam İnqilabının Ali Rəhbəri bəzilərinin “siz Amerika ilə nə danışıqlara gedirsiniz, nə də əlaqə qurmağı qəbul edirsiniz, halbuki Avropa ölkələri də Amerika kimidir, nə fərqi var? Nə üçün onlarla əlaqələriniz var? Onların səfirlikləri olduğu kimi bunun (Amerikanın) da səfirliyi olsun, bununla da əlaqə qurun” demələrinə işarə edərək deyib: “Xeyr! Fərq ondadır ki, Amerika buranı ələ keçirmişdi, onun əlindən çıxarıldı, onun ölkəyə, inqilaba qarşı kini dəvə kinidir, bu asanlıqla əl çəkən deyil. Bu, bəzi Avropa ölkələrindən fərqlidir.”
Həzrət Ayətullah Xamenei deyib: “Bəli, o Avropa ölkəsi İran xalqının əziz dostu deyil. Biz bunu bilirik. Ancaq bu, ondan çox fərqlidir. Amerika İslam İnqilabının baş verməsi ilə böyük sərvəti, böyük siyasi və iqtisadi imkanını itirdi. Sonra da bu qırx ildən çox keçdiyi vaxtda çoxlu xərc sərf edib ki, İranı yenidən İslam İnqilabının əlindən ala bilsin və öz əlinə keçirsin, lakin bacarmayıb. Onların İslam Respublikasına qarşı kinləri müəyyən bir ölkənin kinindən fərqlidir, çox fərqlidir. Amerika ilə digər qərb ölkələri arasında fərq qoymağımızın səbəbi budur. Amerika İranda məğlubiyyətə uğradı və bu məğlubiyyətin əvəzini çıxmağa çalışır. Buna görə də, bacardığı şəkildə düşmənçilik edir.”
İslam İnqilabının Ali Rəhbəri çıxışının davamında deyib: “Siyasətlərdə, məsələn, ölkə iqtisadiyyatının 8% artımının (proqnozlaşdırıldığı) deyildikdə, bəziləri bir sıra sözlər danışırlar ki, mənası bunun mümkün olmadığını deməkdir. Amma Prezident iqtisadi fəalların təşkil etdiyi sərgiyə getdi, orada iqtisadi fəallar dedilər və sübut etdilər ki, biz xaricə ehtiyac olmadan 8 faizlik artımı təmin edə bilərik. Prezident də onların sözlərini dedi.”
Prezidentin sionist rejimlə bağlı mövqeinə toxunan Ali Məqamlı Rəhbər deyib: “Xoşbəxtlikdən, hörmətli Prezidentimizin sionist rejimlə bağlı açıq və cəsarətli mövqeləri insanların qəlbini sevindirdi, insanlar sevindilər. O, həm sionist rejim, həm də Amerikanın hərəkətləri və dəstəyi ilə bağlı açıq və qətiyyətli mövqe tutdu. Bu, çox yaxşıdır. Diqqətli olmaq lazımdır, bu baxımdan ölkənin rəsmi şəxləri diqqətli olmalıdır ki, İran xalqı və İslam Respublikası ilə düşmənçilik edən və İranı məhv etmək istəyənlərin tələblərinə tabe olmasınlar.”
İslam İnqilabının Ali Rəhbəri İranın dünyanın istənilən yerində sionistlərin zülmünə qarşı müqaviməti dəstəklədiyini vurğulayaraq deyib: Müqavimət yaşayır və yaşamalıdır, günü-gündən güclənməlidir. Biz müqaviməti dəstəkləyirik; Qəzzədəki müqaviməti, İordan çayının qərb sahilindəki müqaviməti, Livandakı müqaviməti, Yəməndəki müqaviməti, sionist rejimin xəbis hərəkətinə qarşı durduqları və müqavimət göstərdikləri hər nöqtədə onları dəstəkləyirik.