Tehran - İRNA - Prezident İran və İraqın regional iqtisadi qovşaq yaratmaq üçün coğrafi mövqeyini unikal hesab edib və İran İslam Respublikasının İraqla ortaq iqtisadi qəsəbə qurmağa hazır olduğunu vurğulayıb.

Məsud Pezeşkiyan İran İslam Respublikası və İraqın yüksək səviyyəli nümayəndə heyətlərinin birgə iclasında iki ölkə arasındakı münasibətlərin tarixi köklərə malik olduğunu, dərin dini və mədəni bağlara söykəndiyini bildirərək deyib: “İki xalqı bir-birindən ayırmaq üçün bəzi cəhdlər edilməsinə baxmayaraq, İran və İraq xalqları illərdir bir-birinin yanında yaşayırlar. Bu dərin dini və mədəni əlaqələr iki ölkə arasında siyasi, iqtisadi, elmi və mədəni qarşılıqlı əlaqələrin təşviqi üçün əlverişli fon və platformadır.”
Prezident İran və İraq arasında əlaqələrin inkişaf etdirilməsinin, şübhəsiz ki, regionun və İslam dünyasının mövqelərini gücləndirəcəyini bəyan edərək deyib: “Əgər biz Allahın Kitabına uyğun əməl etsək, ədalətə əsaslansaq, əziz İslam Peyğəmbərinin (s) və Əhli-beytin (ə) yolu ilə hərəkət etsək, münasibətlərimizdə heç bir ixtilaf və qırılma olmaz.”
Pezeşkiyan İran və İraqın coğrafi mövqeyinin regional iqtisadi qovşaq yaratmaq üçün unikal olduğunu bildirərək, İran İslam Respublikasının İraqla ortaq iqtisadi qəsəbə qurmağa hazır olduğunu vurğulayıb.
Prezident İraqın Baş nazirinin ölkəmizə səfərinin iki ölkə arasında münasibətləri yaxşılaşdıracağına, eləcə də regionda sülh, təhlükəsizlik, əmin-amanlıq və iqtisadi inkişafı genişləndirəcəyinə ümid etdiyini bildirərək əlavə edib: “Şəxsən mən arzu edirəm ki, bir gün İslam ölkələri vahid ümmət çərçivəsində bütün siyasi, iqtisadi və mədəni sahələrdə bir-biri ilə qarşılıqlı əlaqə qursunlar.”