Bu sənədli filmdə ilk dəfə İran İslam Cümhuriyyətinin Birinci Qarabağ Müharibəsində Azərbaycan Respublikasına dəstəyi barədə bir çox rəsmi məlumatlar yer alıb. Filmdə həmçinin həmin dövrdə baş verən proseslərdə şəxsən iştirak etmiş İranın 5-ci və 6-cı hökumətlərin bəzi rəsmiləri ilə müsahibələr təqdim edilib. Onların arasında eyni dövrdə Şərqi Azərbaycan valisi olmuş Əli Əbdüləlizadə və İran Xarici İşlər nazirinin müavini vəzifəsini tutmuş Əlirza Şeyx Əttar da var.
Sənədli filmdə əvvəllər yayımlanmamış arxiv görüntüləri də təqdim olunub, filmin adı "Kassetlər" də məhz bu görüntülərə işarə edir.
Film Şəhriyar Media İnstitutu tərəfindən istehsal edilib. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Sina Hüseynpurdur. Sənədli film 30 dəqiqəlik 3 hissədən ibarətdir.