İraqın Ənbar vilayətindəki təhlükəsizlik mənbəsi bu ölkədə İŞİD-in fəaliyyətinin zərərsizləşdirildiyini açıqlayıb.
Bu mənbə bildirib: Əl-Həşd əş-Şabi qüvvələri Ənbar vilayətinin Fəllucə şəhərinin şimalında Əs-Səqlaviyyə rayonu yaxınlığındakı təhlükəsizlik mərkəzinə hücum etməyi planlaşdıran tanınmış İŞİD liderinin yoluna pusqu qurub və onu hər hansı bir müqavimət əməliyyatı olmadan həbs etməyə nail olub.