Tehran - İRNA - Los-Anceles şəhərində baş verən güclü yanğınlardan sonra 30 minə yaxın Los-Anceles sakini evlərini təxliyə edib.

Hökumət orqanları bildirir ki, yaxın günlərdə hava şəraitinin pisləşəcəyi gözlənilir. Son statistika göstərir ki, 3 min hektara yaxın meşə sahəsi yanıb.

“CNN” Kaliforniyanın Los-Anceles şəhərində baş verən güclü yanğını izah edərək bildirib: Yanğın Los-Ancelesdə apokaliptik mənzərələr yaradıb.

Kaliforniyanın 400 mindən çox sakini işıqsız qalıb. Amerikanın enerji şirkəti Edison İnternational-ın törəmə şirkəti olan və Kaliforniyada fəaliyyət göstərən SCE şirkəti açıqlamasında belə elan edib: Elektrik enerjisinin yenidən qoşulması üçün təhlükəli şərtlər səbəbindən sakinlər bir neçə gün elektriksiz qala bilərlər.