Tehran - İRNA - Yəmən Ənsarullah Hərəkatının lideri cümə axşamı həftəlik çıxışında bəyan edib: “Fələstin xalqını aclıqdan öldürmək cinayəti təkcə sionist düşmənlə məhdudlaşmır, əslində, Fələstin xalqının aclığını seyr edən bütün etinasız, xəsis və qorxaq hökumətlər bu cinayətin ortağıdır.”

Ənsarullah Hərəkatının Baş katibi Seyid Əbdülməlik əl-Husi deyib: “Sionist düşmən bu rejimin hərbi keçid məntəqələri yaxınlığında Qəzzəyə göndərilən yardımları talamaq üçün xain və muzdlulardan ibarət qruplar yaradıb.”

Ənsarullah lideri vurğulayıb ki, bu həftə sionist rejim hərbçiləri məhdud şəkildə Qəzzə zolağına daxil olan yardımları birbaşa talayıblar.

“Sionist düşmən Qəzzə zolağında qəsdən ağır vəziyyət yaradıb və sistemli şəkildə bütün səhiyyə infrastrukturlarını hədəfə alıb” - deyə, o, əlavə edib.

Seyid əl-Husnin bəyan edib ki, sionist rejimin Kamal Ədvan xəstəxanasında törətdiyi cinayət açıq-aşkar pozuntudur və Qəzzə zolağında törədilən ən böyük cinayətlərdən biridir.

Hərəkat lideri deyib: “Düşmən İsrail indi İndoneziya xəstəxanasını və ağır mühasirə altında minimal xidmət göstərən digər xəstəxanaları hədəfə alır.”

Ənsarullah Hərəkatının Baş katibi deyib: “Düşmən İsrailin etdiyi bütün cinayətlərdə Fələstin Milli İdarəsi də İordan çayının qərb sahilindəki Fələstin xalqının faciəsi və əzabında rol oynayıb.”

“Fələstin Milli İdarəsinin repressiv orqanları İsrailin aqressiv davranışını təqlid edir. Çox təəssüflü haldır ki, bu davranış özünü Fələstin xalqına xidmət edəcək vəziyyətdə hesab edən bir şəxs tərəfindən həyata keçirilir” - deyə, o, vurğulayıb.