İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı deyib: “Bu gün bəyan edirik ki, biz İran xalqını və ölkəmizin ərazi bütövlüyünü, müstəqilliyini və izzətini müdafiə etməyə həmişəkindən daha hazırıq.”

General-mayor Hüseyn Səlami Kirmanşah Nəbiyyi-əkrəm (s) 29-cu diviziyasının İmam Hüseyn (ə) fədai və bəsic briqadalarının toplantısında deyib: “Bu gün biz böyük İran xalqını, geniş İslami İran ölkəsinin ərazi bütövlüyünü, müstəqilliyini, şərəf və izzətini müdafiə etməyə hər zamankindən daha hazırıq.”

“Biz düşmənlərimizin yaxın və uzaq ətrafımızdakı bölgələrdə niyyətlərini tam müşahidə etmişik. Belə ki, Amerika başda olmaqla müstəmləkəçilər və Amerikanın regional müttəfiqləri, həmçinin sionist rejim müsəlmanlar üçün təfriqə qızışdırmaq, dağıntı və gerilikdən başqa heç bir töhfə gətirməyib” - deyə, SEPAH komandanı bəyan edib.

General Səlami əlavə edib: “Düşmənlər düşünürlər ki, əmin-amanlıq içində yaşamaq və həyata davam etmək üçün müsəlmanların taleyini, təhlükəsizliyini, evlərini məhv etməlidirlər. Bu istiqamətdə heç bir addımdan çəkinmir, hətta onlarla heç bir əlaqəsi olmayan xalqlara hücum edirlər.”