General-mayor Davud Şeyxian 9 yanvar cümə axşamı, axşam saatlarında mətbuata verdiyi açıqlamasında deyib: "Gizli qırıcı spektrində olan F-35 və F-22 döyüş təyyarələrinin radarla təsbiti çətindir, lakin ölkədə hava hücumundan müdafiə sahəsində inkişaf etdirilən yerli imkanlar və avadanlıqlarla onlar üçün planlarımız var."
General "9 Dey" raket sisteminin uğurlu performansı haqqında deyib: "Bu sistemin Dezful və Sevvom Xordad sistemləri ilə yanaşı ölkənin hava hücumundan müdafiəsi "İqtidar" birgə təlimində uğurlu çıxışı göstərdi ki, İranın müdafiə sisteminin sionistlər tərəfindən məhv edilməsi iddiası yalandır."
General Şeyxian deyib: "Sionist rejim “Doğru Vəd 2” əməliyyatından sonra İslam Respublikasının hava hücumundan müdafiə qabiliyyətini məhv etdiyini iddia etdi. Bu məsələ beynəlxalq mediada müzakirə olundu, lakin indi biz SEPAH və ordu qüvvələrinin iştirakı ilə çox genişmiqyaslı təlimin şahidiyik."
SEPAH Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə komandanı əlavə edib: "Dəyən ziyan çox məhdud idi, yəni, təlim göstərdi ki, biz hava hücumundan müdafiə halqası sahəsində strateji təsir və ya spesifik təsir göstərmək qabiliyyətimizi itirməmişik."