Tehran - İRNA - Amerika rəsmiləri Kaliforniyanın Los-Anceles bölgəsində baş verən kütləvi meşə yanğını nəticəsində ölənlərin sayının 11 nəfərə yüksəldiyini və indiyədək bölgənin 153 minə yaxın sakininin evlərini tərk etmələri barədə göstəriş verildiyini açıqlayıb.

Çərşənbə axşamı günü başlayan 6 kütləvi meşə yanğını indiyədək Los-Anceles bölgəsində müxtəlif əraziləri məhv edib və ən azı 11 nəfərin ölümünə səbəb olub.

  Bu yanğınlar 12300 binanı məhv edib və ölən şəxslərin və dağılan binaların sayının artacağı gözlənilir.

Los-Anceles dairəsinin şerifi Robert Luna cümə günü yerli vaxtla 166,800 sakinin evlərini təxliyə etmələri üçün əmr veriləcəyini söylədi.

O əlavə edib ki, 57,830 bina da yanğın nəticəsində dağılma və ya zərər görmə təhlükəsi ilə üz-üzədir.