Moskva - İRNA - İran İslam Respublikasının Rusiyadakı səfiri bildirib: “İki ölkə arasında müqəddimə və 47 maddədən ibarət hərtərəfli əməkdaşlıq sazişi ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edir və onun hazırlanmasında tarazlıq və müstəqilliyin qorunması, ölkənin ərazi bütövlüyünə hörmət nəzərə alınıb.”

Kazim Cəlali deyib: “Bundan əvvəl İran və Rusiya 2001-ci ildə İslami Şura Məclisində də təsdiq edilmiş hərtərəfli əməkdaşlıq sazişi imzalayıblar. Bu müqavilə 20 illik idi və 2021-ci ildə onun icra müddəti başa çatdı.”

“Bu müqavilədə beş il üçün avtomatik yenilənmə prosesi nəzərdə tutulmuşdu ki, onun həyata keçirilməsinin sona çatması üçün son tarixə qədər tərəflərin nöqteyi-nəzəri olmadığı surətdə, avtomatik olaraq uzadılırdı. Ona görə də bu müqavilənin müddəti 2026-cı ilə qədər uzadılıb” - deyə, o, əlavə edib.

Ölkəmizin diplomatı deyib: “Bununla belə, iki ölkənin liderləri bu nəticəyə gəldilər ki, hazırkı saziş müasir deyil və bugünkü münasibətlərin məsələlərini əhatə edə bilmir. 24 il əvvəllə müqayisədə bu gün əlaqələrimiz xeyli genişlənib. Ona görə də liderlərin razılığı ilə bu müqavilənin yenilənməsi qərara alındı.”

Cəlali deyib: “Yeni müqavilənin hazırlanması üçün iki ölkənin xarici işlər nazirləri İran İslam Respublikasının layihəni hazırlaması barədə razılığa gəliblər. Biz layihəni hazırladıq və Rusiya tərəfinə verdik. Təxminən iki il yarım-üç il çəkdi, çoxlu səfərlər və görüşlər həyata keçirildi, bir çox düzəlişlər edildi, sonda razılaşma əldə olundu.”