Maariv-in məlumatına görə, sionist rejimin Əmək Partiyasının rəhbəri Yair Qolan deyib: “7 oktyabr (Əl-Əqsa Tufanı əməliyyatı) İsrailin ən böyük və ən təhlükəli hərbi məğlubiyyətidir.”
O, vurğulayıb: “Oktyabrın 7-də orduya komandanlıq edən ordunun baş qərargah rəisi şəxsi bədəl ödəməlidir.”
“İsrail dəli bir vəziyyətdədir və bu dəliliyin mərkəzində bir kabinet və korrupsiyaya uğramış baş nazir dayanır” - deyə, bu sionist siyasətçi deyib.
Bundan əvvəl sionist rejimin başçısı İshaq Hersoq Qəzzə zolağı ətrafındakı qəsəbələrdə yaşayan və bu bölgədən qaçmağa məcbur olan bir sıra sionistlərlə görüşündə 7 oktyabr 2023-cü ildə baş verən Əl-Əqsa Tufanı əməliyyatını bu rejim üçün dəhşətli fəlakət və məğlubiyyət kimi qiymətləndirib.
Hersoq İsrail rejiminin “hökuməti” adından sözügedən sionist qaçqınlardan üzr istəyərək deyib: “Bu hadisə ilə bağlı rəsmi istintaq komissiyası yaradılmalıdır.”