Tehran - İRNA - Fars Körfəzi Əməkdaşlıq Şurasının baş katibi sionist rejimin Suriyadakı təcavüzünü pisləməklə yanaşı, bu rejimin Suriya ərazisindən çıxmasını tələb edib.

Fars Körfəzi Əməkdaşlıq Şurasının baş katibi Casim Əl-Bədəyvi Ər-Riyadda Suriya üzrə ərəb-beynəlxalq toplantının açılışında deyib: “İsrail rejiminin Suriyaya təkrarlanan hücumlarını pisləyirik.”

O, vurğulayıb: “İsrail bütün Suriya torpaqlarından çəkilməli və Qolanın işğalına son qoymalıdır.”

“Biz Suriyaya qarşı sanksiyaların ləğvini tələb edirik” - deyə, Fars Körfəzi Əməkdaşlıq Şurasının baş katibi qeyd edib.