Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin, ordunun baş komandanı, general-mayor Seyid Əbdürrəhim Musəvinin iştirakı ilə ölkənin ilk kəşfiyyat-siqnal gəmisi “Zaqros” Hərbi Dəniz Qüvvələrinin döyüş təşkilatına qoşulub.
“Zaqros” döyüş kəşfiyyat gəmisi ölkəmizin gənclərinin və alimlərinin səyləri ilə ölkə daxilində inşa edilib və ordunun donanmasının dəniz təhlükəsizliyinə uyğun ölçülərdə və kəşfiyyat sahəsində ehtiyaclarını ödəyir.