Tehran Universitetinin Elmlər Fakültəsi Fizika fakültəsinin professoru və Elm, Tədqiqat və Texnologiya Nazirliyində CERN işçi qrupunun üzvü Kazim Əzizi bu beynəlxalq elmi institutun təqdimatında deyib: “CERN Avropa nüvə və hissəciklər fizikası tədqiqat mərkəzi və dünyanın ən böyük elmi laboratoriyasıdır. Avropa ölkələri CERN-in əsas üzvləridir, lakin 70-dən çox ölkə CERN ilə başqa yollarla əməkdaşlıq edir.”
“Maddənin quruluşunu ən fundamental səviyyədə təsvir etmək, maddə və qaranlıq enerji də daxil olmaqla bütün kainatın enerjisini təşkil edən komponentlərin dəqiq müəyyən edilməsi, kainatın əvvəldən indiyə qədər təkamülünü araşdırmaq, kainatın gələcəyi ilə bağlı mümkün ssenariləri araşdırmaq bu elmi laboratoriyanın məqsədlərindən biridir. Həmçinin CERN-də fizikaya paralel olaraq mühəndislik, kənd təsərrüfatı, tibb, süni intellekt və yeni texnologiyalar kimi digər elm sahələrində də araşdırmalar aparılır” - deyə, o, əlavə edib.