Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Yəhya Sərii bildirib: “Məzlum Fələstin xalqını müdafiə etmək istiqamətində, eləcə də Qəzzə zolağına və Yəmənə edilən hücumlara cavab olaraq, Silahlı Qüvvələr Qırmızı dənizin şimalında Amerikanın USS Harry S. Truman təyyarədaşıyan gəmisini və bir sıra hərbi qayıqlarını hədəfə aldılar.”
Y. Sərii bu əməliyyatın bir neçə qanadlı raket və pilotsuz təyyarə ilə həyata keçirildiyini qeyd edib.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü açıqlamasının davamında deyib: “Bu hücum ABŞ hərbi dəniz qüvvələri Yəmənə hücuma hazırlaşarkən həyata keçirildi.”