Tehran - İRNA - Qətərin Xarici İşlər naziri Qəzzədə atəşkəsin yaradılması səylərinin uğurlu olduğunu açıqlayaraq deyib: “Qətər, Misir və ABŞ Qəzzə ilə bağlı razılığın əldə olunduğunu elan etməkdən məmnundurlar.”

Qətər Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Ali-Sani çərşənbə günü 15 yanvar axşam saatlarında Qəzzədə atəşkəs razılaşması ilə bağlı mətbuat konfransında deyib: “Mən tərəfdaşlarımıza, Misirə və Amerika Birləşmiş Ştatlarına danışıqların irəliləməsinə kömək etməkdə göstərdikləri səylərə görə təşəkkür edirəm.”

O, əlavə edib: “Fələstin və İsrail tərəfləri Qəzzə zolağında atəşkəslə bağlı razılığa gəliblər.”

“Danışıq aparan tərəflərin razılığı ilə bu sazişin icra tərəflərinin başa çatdırılması istiqamətində işlər bu gecə də davam etdirilir” - deyə, o, qeyd edib.

Qətərli nazir bəyan edib ki, razılaşmanın icrasına bazar günü, yanvarın 19-da başlanacaq və razılaşmaya əsasən, HƏMAS fələstinli əsirlərin azad edilməsi müqabilində 33 əsiri azad edəcək.

İkinci və üçüncü mərhələlərin təfərrüatlarının sazişin birinci mərhələsi başa çatdıqdan sonra müəyyənləşəcəyini bildirən Qətərin Xarici İşlər nazirinin deyib: “Qətər, Misir və ABŞ atəşkəs razılaşmasının həyata keçirilməsini təmin etməyə çalışacaq.”

Məhəhəmməd bin Əbdulrahman Ali-Sani, “İsrail və HƏMAS ilə razılaşmanın həyata keçirilməsi üçün işlərin davam etdiyini” vurğulayaraq deyib: “Atəşkəs razılaşmasını həyata keçirmək üçün HƏMAS və İsraillə işləyirik.”

O, atəşkəs razılaşmasına nail olmaq üçün Amerikanın indiki və gələcək hökumətindən artan əməkdaşlıq aldıqlarını da bəyan edib.

“Razılaşma sülhə töhfə verəcək və məsuliyyət müqavilənin hər iki tərəfi üzərindədir” - deyə, nazir açıqlayıb.

Qətər, Misir və ABŞ-dan olan komandalar atəşkəs razılaşmasının icrasına nəzarət edəcəyini vurğulayan Xarici İşlər naziri deyib: “Atəşkəs razılaşmasının icrasına nəzarət etmək və mümkün pozuntuları təqib etmək üçün mexanizmlər mövcud olacaq.”