İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi və Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani Qəzza zolağında atəşkəs rejiminin yaradılmasına dair razılaşmanı və münaqişənin həlli məsələlərini müzakirə edib və qarşılıqlı maraqlar çərçivəsində fikir mübadiləsi aparıblar.
Bu söhbətdə Qəzza xalqının işğalçı rejimin 15 aydır davam edən soyqırımına qarşı müqaviməti və sabitliyi nəticəsində əldə olunan razılaşmadan məmnunluğunu ifadə edən Əraqçi Qətərin bu sahədəki səylərini yüksək qiymətləndirib. O həmçinin beynəlxalq ictimaiyyətin Qəzza zolağında Fələstin xalqının həyat şəraitinin yaxşılaşdırılması, xüsusilə humanitar yardımların dərhal çatdırılması, köçkünlərin vəziyyətinin həlli və sionist rejimin təcavüzü nəticəsində dəyən ziyanın bərpası istiqamətində səylərinin zəruriliyini vurğulayıb.