İran və Rusiya prezidentləri Məsud Pezeşkiyan və Vladimir Putin 28 yanvar 2025-ci il günortadan sonra Kremldə keçirilən mərasimdə iki ölkə arasında Birgə Hərtərəfli Strateji Sazişi imzalayıblar.

Müqəddimə və 47 bənddən ibarət bu müqavilə İran İslam Respublikasının Moskvaya rəsmi səfəri zamanı Pezeşkiyan və Putin tərəfindən imzalanıb. İki ölkə prezidentinin fikrincə, bu sənəd əməkdaşlığı, xüsusən də Tehran və Moskva arasında iqtisadi əlaqələri inkişaf etdirəcək.

İki ölkə prezidentlərinin başçılığı ilə İran İslam Respublikası və Rusiya Federasiyasının yüksək səviyyəli nümayəndə heyətlərinin danışıqlarının yekununda keçirilən bu mərasimdə Tehran və Moskva yeni sənəd şəklində ikitərəfli əməkdaşlığı genişləndirmək əzmində olduqlarını vurğulayıblar.

Bu görüşün sonunda iki ölkə prezidentinin bir sıra jurnalistlərin suallarını cavablandırması nəzərdə tutulub.