Lavrov teleqram kanalındakı qeyddə yazıb: Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi müstəqil və bərabərhüquqlu ölkələr arasında əməkdaşlığın qurulması nümunəsidir.
İran və Rusiya prezidentləri Məsud Pezeşkiyan və Vladimir Putin cümə günü, yanvarın 17-i günortadan sonra Kreml sarayında keçirilən mərasimdə iki ölkə arasında Hərtərəfli Birgə Strateji Sazişi imzalayıblar və birgə mətbuat konfransında bir sıra jurnalistlərin suallarını cavablandırıblar.