Tehran - İRNA - “Rosatom” şirkətinin baş direktoru İran və Rusiya arasında kiçik və böyük atom elektrik stansiyaları ilə bağlı əməkdaşlıq müqaviləsi imzalandığını açıqlayıb.

Rosatom şirkətinin baş direktoru Aleksey Lixaçyev cümə günü (17 yanvar 2025-ci il) İran-Rusiya danışıqlarından sonra Kremldə jurnalistlərə deyib: İran kiçik atom elektrik stansiyaları və böyük atom elektrik stansiyaları mövzusunda Rusiyanın Rosatom nüvə şirkəti ilə əməkdaşlıq etməyi planlaşdırır. 

O deyib: Bu gün iranlı həmkarlarımız və tərəfdaşlarımız kiçik atom elektrik stansiyaları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və böyük elektrik stansiyaları üçün yeni sahənin yaradılmasını istəyiblər. 

Lixaçyevin sözlərinə görə, İranda daha bir böyük elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar da yaxın vaxtlarda başlayacaq. 

Lixaçyev dedi: Buşəhr elektrik stansiyasından əlavə, çox ciddi və dərin danışıqlara ehtiyac var ki, biz buna yaxın vaxtlarda başlayacağıq. 

“Rosatom” şirkətinin rəhbəri həmçinin elan edib ki, danışıqlar zamanı Buşehr elektrik stansiyasının birinci blokunun fəaliyyəti normal rejimdə qeydə alınıb və burada indiyədək 70 milyard kilovatsaatdan çox elektrik enerjisi istehsal edilib. Lixaçyevin vurğuladığı kimi, sanksiyalar və təzyiqlərə baxmayaraq, Buşəhr elektrik stansiyasının ikinci və üçüncü bloklarının tikintisi davam edir.