Tehran - İRNA - Yəmən silahlı qüvvələrinin sözçüsü Amerika aviadaşıyıcı gəmisinin Qırmızı dənizin şimal hissəsində bu ölkənin silahlı qüvvələri tərəfindən hədəf alındığını açıqlayıb.

Briqada generalı Yəhya Səri verdiyi açıqlamada bildirib: Yəmən silahlı qüvvələri Qırmızı dənizin şimalında Amerika aviadaşıyıcı USS Harry Truman və onun döyüş gəmilərini hədəf alan əməliyyat keçirib.


O əlavə edib: Bu əməliyyat bir sıra dron və qanadlı raketlərlə həyata keçirilib və bu əməliyyatın məqsədləri uğurla həyata keçirilib.


Yəmən silahlı qüvvələrinin sözçüsü bildirib: Yəmən silahlı qüvvələrinin Amerika aviadaşıyıcı gəmisini hədəfə alması Qırmızı dənizə girdikdən sonra səkkizinci dəfədir və bu gəmi bölgəni tərk etmək məcburiyyətində qalıb.
O, Qəzzada atəşkəs dövründə Yəmənə qarşı hər hansı təcavüzə qarşı Qırmızı dənizdəki düşmən qüvvələri xəbərdar edib və əlavə edib: Yəmən silahlı qüvvələri məhdudiyyət və qırmızı xətlər olmadan keyfiyyətli hərbi əməliyyatlar həyata keçirməklə düşmən qüvvələrinin istənilən təcavüzü ilə mübarizə aparacaq.