İRNA-nın məlumatına görə, Fələstin mənbələri Əl-Cəzirə telekanalına bildiriblər ki, 90 fələstinli məhbusu daşıyan avtobuslar İordan çayının qərb sahilində Ramallahın qərbindəki Bitoniyaya daxil olub.
Əl-Cəzirə həmçinin bildirib ki, Qüdsdən olan qadın məhbuslar ailələrinə azadlıqlarını qeyd etməyə icazə verməyən işğalçı qüvvələrin izdihamı arasında şərqi Qüdsdəki evlərinə qayıdıblar.