CNN saytının xəbərinə görə, İsrailin ən uzun müharibəsi hələ də əsas düşməni HƏMAS-ı məhv edə bilməyib və çoxlu itkilərlə üzləşməsinə baxmayaraq, bu qrup Qəzzada atəşkəs razılaşmasını özünün qələbəsi və İsrailin məğlubiyyəti hesab edir.
Bu xəbərin davamında bildirilir ki, dünən və atəşkəs tətbiq edildikdən dərhal sonra Qəzzanın dağıdılmış küçələrində maskalı silahlı şəxslər maşınlarda peyda olublar. Əsirlərin təhvil verilməsi zamanı HƏMAS-ın elit bölməsinin üzvləri Əs-Səraya meydanında öz formalarını geyiniblər. HƏMAS-ın bu hərəkətləri İsrailin bu qrupu məhv etmək qərarından 15 ay keçməsinə baxmayaraq, HƏMAS-ın hələ də ayaqda olduğunu xatırladır.
CNN son aylarda HƏMAS və onun tərəfdarlarının gücünün azalmasına toxunaraq yazıb: Bir vaxtlar Qəzzaya hərbi və siyasi nəzarəti əlində saxlayan bu hərəkat hələ də fələstinlilərə özünü İsrailə qarşı ən güclü hərbi qrup kimi göstərir və qüvvə toplamaq ilə itkiləri kompensasiya edir və sıraları gücləndirir.
Digər tərəfdən, İsrailin müharibəsinin son məqsədi HƏMAS-ın tamamilə məhv edilməsi olsa da, görünən odur ki, HƏMAS bundan narahat deyil və müharibənin gələcəyində və Qəzzanın yenidən qurulmasında iştirak etməyə can atır.
“The New York Times” qəzeti CNN-ə bənzər bir xəbərdə HƏMAS qüvvələrinin küçədəki iştirakını müzakirə edərək yazıb: HƏMAS bu danılmaz güc nümayişi ilə Qəzza fələstinlilərinə, İsrailə və beynəlxalq ictimaiyyətə açıq bir mesaj verməyə çalışdı ki, hərbi qüvvələrin ağır itkilərinə baxmayaraq, siyasi və inzibati baxımdan bu qrup Qəzzadakı Fələstinlilər arasında dominant qüvvə olaraq qalır.
۱۱:۰۰