Saraya əl-Qüdsün sözçüsü Əbu Həmzə “Əl-Əqsa Tufanı” əməliyyatının müqəddəs məkanlara qarşı təcavüz və Qəzzə zolağına qarşı davamlı mühasirənin nəticəsi olduğunu bəyan edib.
O deyib: “Biz (Əl-Əqsa Tufanı əməliyyatının) ilk saatlarında bu döyüşə qoşulduq, bir neçə sionisti əsir götürdüyümüzü və qəhrəman döyüşçülərlə qarşılaşmaq istəyənləri öldürdüyümüzü elan etdik. Şücaətli elita illər ərzində aldıqları təlim əsasında yüksək səviyyədə hazırlığa malik idi.”
“Tutduğumuz yol və şüarımız bu idi ki, müharibə nə qədər uzanmasına baxmayaraq, biz ona hazırıq, ey Netanyahu! Düşmən Qəzzəyə qarşı müharibədə ağ bayraq qaldıracağımızı gözləyirdi, lakin Qəzzə cəbhələrində qara bayraq və ölümlə qarşılandı” - deyə, o, bildirib.
Misir və Qətərin vasitəçiliyini və atəşkəs razılaşmasının uğurunda onların rolunu yüksək qiymətləndirən Əbu Həmzə əlavə edib: “Meydanda möhkəm dayanan və hər yerdə düşmənlə vuruşan Livanın müqavimətiçi xalqını və Hizbullah mücahidlərini salamlayırıq. Sevimli lider Seyid Həsən Nəsrullahı, şəhid və mücahid qardaşlarımızın da xatirəsini ehtiramla anırıq.”
Saraya əl-Qudsün sözçüsü deyib: “Sionist rejimin dərinliklərinə zərbələr endirmək üçün raket və pilotsuz təyyarələrini göndərən Yəmən xalqını və onun cəsur lideri Seyid Əbdülməlik əl-Husini salamlayırıq. “Doğru Vəd-1 və Doğru Vəd-2 əməliyyatlarını həyata keçirərək, Təl-Əviv küçələrini hədəfə alıb işğalçı rejimin qürurunu məhv edən İrana, eləcə də İraq xalqına və müqavimətinə təşəkkür edirik.”