Diplomatik fəaliyyətini başa vuran Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mark Libbi son missiya açıqlamasında Bakı hökumətini şifahi hücumlarla hədəfə alıb.

ABŞ-ın Bakıdakı səfiri Mark Libbi Azərbaycandakı missiyasının sonunda açıqlamasının bir hissəsində deyib: “Onlar (Azərbaycan xalqı) müstəqil mediaya layiqdirlər, tərifləməkdə azad olduqları qədər, səlahiyyətli şəxsləri əməllərinə görə tənqid etməkdə də azad olmalıdırlar.”

O, əlavə edib: “Onlar öz fikirlərini açıq şəkildə ifadə edən insanları hədəf almayan ədalətli və şəffaf mühakiməyə layiqdirlər.”

“Onlar korrupsiyadan və şəxsi maraqlardan uzaq, firavan və perspektivli iqtisadiyyata layiqdirlər” - deyə, ABŞ səfiri qeyd edib.

Azərbaycan Prezidenti bundan əvvəl Moskvada “Müstəqil Dövlətlər Birliyinin” Zirvə toplantısında ABŞ-ın Bakıya qarşı sanksiyalarının bərpasını tənqid edərək, Vaşinqtonun “nankorluğundan” şikayətlənmişdi.