Tehran - İRNA - Neft naziri İran və Azərbaycan Respublikası arasında enerji sahəsində əməkdaşlığın inkişafını vurğulayaraq dedi: Birgə işçi qrupunun yaradılması ilə strateji və texniki iş səviyyəsində əməkdaşlıq qruplar araşdırılacaq və təqib ediləcək.

Möhsün Paknejad 2025-ci il yanvar ayının 21-i çərşənbə axşamı Şahin Mustafayev və nümayəndə heyəti ilə görüşündə bu görüşlərin iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin yaxşılaşdırılmasında təsirli olduğunu bildirdi və qeyd etdi: İslam Respublikasının xarici siyasətində İranın qonşuları xüsusi üstünlük təşkil edir və onların arasında Azərbaycan Respublikasının da yeri xüsusidir.

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev də bunun neft naziri ilə son üç ayda ikinci görüş olduğunu vurğulayaraq, bildirib: Qarşılıqlı səfərlər və görüşlər xüsusi əhəmiyyət kəsb edir və iki ölkəni bir-birinin imkanları və infrastrukturu ilə tanış edir.