Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi ABŞ-ın Kubaya qarşı ittihamlarını və bu ölkənin adının yenidən özünün qondarma “terrorizmi dəstəkləyən dövlətlər siyahısı”na əlavə etməsini əsassız və rədd edilmiş hərəkət hesab edərək deyib: “Bu cür birtərəfli hərəkətlər beynəlxalq səviyyədə qanunun aliliyinə daha da xələl gətirir və qanunun pozulmasına rəvac verir.”

İsmayıl Bəqai ABŞ-ın terrorizmi dəstəklədiyini iddia etdiyi ölkələr siyahısına Kubanın adının yenidən əlavə etməsini münasibət bildirərək deyib: “Amerika uzun müddətdir ki, müstəqil ölkələrə qarşı belə əsassız, özbaşına siyahılardan istifadə edir və onlara böhtan atmaqdan özünün xarici siyasətində irəliləyiş aləti kimi yararlanır.”

Belə hərəkətləri beynəlxalq hüququn prinsip və standartlarına zidd, müstəqil dövlətlərə qarşı birtərəfli və qəddar sanksiyaların tətbiqi üçün bəhanə adlandıran mətbuat katib deyib: “Təhlükəsizlik Şurasının daimi üzvü olan bir ölkənin bu cür birtərəfli hərəkətləri Kuba xalqının fundamental insan hüquqlarını pozmaqla yanaşı, beynəlxalq səviyyədə qanunun aliliyinə daha da xələl gətirir və qanunun pozulmasına rəvac verir. Bu hərəkət beynəlxalq ictimaiyyətin müqaviməti ilə üzləşməlidir.”