Tehran - İRNA - İranın Atom Enerjisi Təşkilatının sədri hazırda dünya ağır su bazarında İranın payının 12,5 faiz olduğunu bildirərək deyib: “Qərb ölkələrinin və ABŞ-ın hesabatlarına görə, hazırda İranda istehsal olunan ağır su ən yüksək təmizliyə malikdir.”

İranın Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami bu gün (cümə axşamı), 23 yanvarda ölkənin bəzi sahibkarları ilə görüşündə deyib: “Ağır su və onun yüksək valyuta gətirməsi baxımından ağır suyun hər kiloqramının qiyməti təxminən 1000 dollardır və ondan 300 törəmə əldə edilir, bəzi hallarda hər qramının qiyməti bir neçə on minlərlə dollar təşkil edir.”

Prezidentin köməkçisi əlavə edib: “Ağır sudan hasil edilən hər ton metanolun qiyməti 1,2 milyon dollardır, neft-kimya məhsullarından istehsal olunan metanolun qiyməti isə 500 dollardan aşağıdır. Qərb ölkələrinin və ABŞ-ın hesabatlarına görə, hazırda istehsal etdiyimiz ağır su ən yüksək təmizliyə malikdir.”

“Hazırda dünyanın ağır su bazarında İranın payı 12,5 faiz təşkil edir. Bu o deməkdir ki, biz satmaq istəsək, bazar payımız daha da artacaq, çünki tələb var.”