Tehran - İRNA - Yəmən Ənsarullah Hərəkatının siyasi ofisi bəyanat yayaraq sionist rejimin Qəzzə zolağı, Livan və İordan çayının qərb sahilinə təcavüzünü pisləyib və Amerikanın dəstəyini bu cinayətlərin əsas səbəbi hesab edib.

Yəmən Ənsarullah Hərəkatının siyasi ofisi yaydığı bəyanatda sionist rejimin İordan çayının qərb sahili və Cenin düşərgəsində davam edən təcavüzünü, o cümlədən fələstinlilərin öldürülməsi, həbsi və məcburi köçürülməsini və binaların dağıdılmasını pisləyib.

Bəyanatda bildirilir: “Sionist düşmənin Livanın cənubuna təcavüzünü pisləyirik və bu təcavüz beynəlxalq vasitəçilərin gözü qarşısında atəşkəs razılaşmasının açıq şəkildə pozulmasıdır.”

Ənsarullah əlavə edib: “Düşmənin güc tətbiq etməklə nail ola bilmədiyi məqsədlərə çatmaq üçün fələstinlilərin Qəzzə zolağından köçürülməsi ilə bağlı ABŞ hökumətinin son mövqelərini pisləyirik və vurğulayıq ki, ABŞ-ın Livan və Qəzzədəki rolu sionist rejimin təcavüzünün və bu rejim tərəfindən beynəlxalq hüququn pozulmasının davam etməsində əsas amildir.”