Tehran - İRNA - İran İslam Respublikasının Xarici İşlər naziri Seyid Abbas Əraqçi İranın beynəlxalq öhdəlikləri çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı davam etdirmək əzmində olduğunu bir daha bəyan edərək, bu agentliyi siyasiləşdirməkdən və qeyri-konstruktiv mövqelər təklif etməkdən çəkinməyin, texniki və perspektivli mühitdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

İran İslam Respublikasının Xarici İşlər naziri Seyid Abbas Əraqçi ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi arasında telefon danışığı olub və fikir mübadiləsi aparılıb.

Bu telefon danışığında İran və Agentlik arasında texniki əməkdaşlıq və qarşılıqlı əlaqələrin son vəziyyəti müzakirə edilib.

Əraqçi İranın beynəlxalq öhdəlikləri çərçivəsində BAEA ilə əməkdaşlığı davam etdirmək əzmində olduğunu bir daha bəyan edərək, bu agentliyi siyasiləşdirməkdən və qeyri-konstruktiv mövqelər təklif etməkdən çəkinməyin, texniki və perspektivli mühitdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

O, həmçinin BAEA-nı öz vəzifə və öhdəlikləri çərçivəsində fəaliyyət göstərməyə borclu hesab edib və agentliyin baş direktorunu bəzi ölkələrin əsassız tələb və təzyiqlərinə boyun əyməməyə çağırıb.

Telefon danışığında Qrossi da Agentliyin İranla ciddi əməkdaşlıq etmək əzmini vurğulayaraq deyib: “Öz vəzifə və səlahiyyətlərimiz çərçivəsində mövcud məsələlərin həlli məqsədilə müvafiq atmosfer yaratmaq üçün bütün tərəflərlə məsləhətləşəcək.”