Əl-Məyadin müxbiri iki israilli əsirin səhhətinin yaxşı olduğunu bildirərək əlavə edib: “Bu iki əsir şəhid Yəhya Sinvarın Xan Yunisdəki evinin qarşısında Qırmızı Xaç Komitəsinə təhvil verildi. Fələstinlilər də şəhid Sinvarın evinin qarşısında müqavimətə dəstək şüarları səsləndirdilər.”

Halbuki, bundan əvvəl sionist rejim ordusunun yüksək rütbəli komandiri Yaqub Amidror Fələstin müqaviməti ilə əsir mübadiləsi razılaşmasının nəticələri barədə xəbərdarlıq edərək bildirmişdi ki, bu razılaşma ilə HƏMAS-ı gücləndirmək riskimiz var.

İsrailli qadın əsir Agam Berger azadlığa çıxmazdan əvvəl əlində Fələstin bayrağı tutmuşdu.