“Arab Journal” xəbər saytı sosial şəbəkə istifadəçilərinə istinadən yazıb: Cümə axşamı işğalçı İsrail rejiminin ordusu Quneytranın kənarında kənd təsərrüfatı sahələrinin geniş şəkildə dağıdılmasını davam etdirərkən bu əyalətin valilik binasını yandırıb.
Bu xəbərə görə, sosial media istifadəçiləri Suriyanın cənubundakı Quneytra valiliyi binasından alov və tüstü yüksəldiyini göstərən video kliplər paylaşıblar.
Media mənbələri bildiriblər ki, İsrail ordusu bir neçə gündür ki, Cəbata əl-Xəşəb mühafizə zonasında kənd təsərrüfatı sahələrini və meşə ağaclarını məhv edir və bu, bölgədəki suriyalıların kütləvi qəzəbinə səbəb olub.