Tehran - İRNA - Sabah (2 fevral, bazar günü) Milli Kosmik Texnologiyalar Günü münasibətilə keçiriləcək tədbirdə təkmilləşdirilmiş Pars 1 və Pars 2 peykləri təqdim olunacaq.

2010-cu ildə Mədəni İnqilab Ali Şurası “Ümid” milli peykin kosmosa uğurla buraxıldığı 14 Bəhmən gününü Kosmik Texnologiyalar Günü kimi təyin etmişdir. Ona görə də sabah bu mühüm gün münasibəti ilə bir neçə təqdim mərasimi keçiriləcək.

Əvvəlki versiyadan daha çox xüsusiyyətə malik olan Pars 1 peykinin təkmilləşdirilmiş versiyası, rəngli (8 metr) və qara-ağ (4 metr) daha yüksək təsvir dəqiqliyinə malik Pars 2 peyki Rabitə Nazirliyində keçiriləcək bu mərasimdə təqdim olunacaq.

Yüksək hündürlüklərdə telekommunikasiyanın gücləndirilməsi üçün nəzərdə tutulmuş “Navak” telekommunikasiya peyki də Milli Texnologiyalar Günündə təqdim olunacaq. Bu peyk uzadılmış elliptik orbitdə rabitəni sınaqdan keçirməyə qadirdir və ilk dəfə belə orbitə yerləşdiriləcək.