Admiral Əlirza Təngsiri SEPAH-ın baş komandanı general-mayor Səlaminin şənbə günü axşam saatlarında SEPAH Hərbi Dəniz Qüvvələrinin qanadlı raket şəhərlərindən birinə səfəri zamanı deyib: “İslam İnqilabının Ali Rəhbərinin göstərişi ilə İslam İnqilabı səviyyəsində üzən donanmaya doğru hərəkət etmişik. Bizim sistemlərimiz yüzlərlə metr yerin altında saxlanılır və ehtiyac duyulduqda çox qısa müddətdə əməliyyata keçir.”
“Bu gün SEPAH baş komandanının iştirakı ilə baxış keçirilən bu sistemlər dəniz raketləri ilə yanaşı, quru raketləri ilə də silahlanıb və iranlı alimlərin əldə etdiyi texnologiyalarla əməliyyatları həyata keçirmək üçün onların sahildə olmasına ehtiyac yoxdur” - deyə, admiral bəyan edib.
Admiral Təngsiri əlavə edib: “Bu raket sistemləri və şəhərləri silahlı ölkənin yüzlərlə kilometr dərinliyindən atılaraq, dənizlərin dərinliklərində hədəflərini vura bilir.”
Bu sistemlərin xüsusi imkanlarına toxunan admiral deyib: “Bu sistemlər bizi dünyada dəniz qanadlı raket texnologiyasının qabaqcıl nöqtəsinə çatdıran unikal xüsusiyyətlərə malikdir. Bu raketlərin hərəkəti artıq xətti deyil, tam idarə oluna bilir və hədəfləri müəyyən etməkdə tam ağıllıdır.”
SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı sonra xəbərdarlıq edib: “Düşmənlər bizim imkanlarımız barədə səhv hesablamaya düçar olmasınlar.”