Tehran - İRNA - Danimarkadakı ifrat sağ "Hard Way" partiyasının rəhbəri Rasmus Paludan, İsveçdə iraqlı xristian qaçqın Selvan Momikanın ölümündən bir neçə gün sonra, alçaldıcı bir hərəkətlə, növbəti dəfə Qurani-Kərim nüsxəsini yandırıb.

İRNA-nın bazar günü səhər saatlarında İsveçin “Aftonbladet” qəzetinə istinadən verdiyi məlumata görə, Paludan “X” (keçmiş Twitter) sosial şəbəkəsində istifadəçi hesabından bir mesajla Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimə qarşı bu mənfur hərəkəti elan edib.

“Aftonbladet” qəzetinin məlumatına görə, bu danimarkalı siyasətçi Qurani-Kərimi bir daha təhqir edib, halbuki Danimarka polisi Momikanın ölümündən sonra verdiyi açıqlamada bu mənfur hərəkətin qadağan olunduğunu daha əvvəl bəyan etmişdi.