Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev ölkəmizin Xarici İşlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb və danışıqlar aparıb.
Dünən İran İslam Respublikası Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi ilə Azərbaycan Respublikasının Prezidentinin köməkçisi görüşərək iki ölkə arasında özəl iqtisadi mübadilələrinin artırılmasını vurğulayıblar. Sənayi sosial media hesabında Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevlə görüşünə toxunaraq yazıb: “Uzun sürən görüş zamanı biz münasibətlərdə müxtəlif məsələləri müzakirə etdik. Hər iki tərəf iki ölkə arasında dostluq və qardaşlığa, bəzi anlaşılmazlıqların aradan qaldırılmasına, hərtərəfli siyasi əlaqələrin genişləndirilməsinə, iqtisadi və özəl sahələrdə mübadiləsinin artırılmasına doğru hərəkət etməyi vurğuladıq.”