Yəmən Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik əl-Husi Ənsarullah Hərəkatının üzvü, eyni zamanda Yəmənin Ali Siyasi Şurasının sədri Saleh Əli əl-Səmmadın şəhadətinin ildönümü ilə bağlı çıxışında deyib: “Əziz qardaşımız və şəhid liderimiz Saleh əl-Səmmadın səylərinə, mübarizələrinə, fədakarlıqlarına və görkəmli roluna görə xatirəsini ehtiramla anırıq.”
Qeyd edək ki, Saleh Əli əl-Səmmad Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəmənin Hudeydə əyalətinə hava zərbəsi nəticəsində şəhid olub.
Ənsarullah lideri çıxışının davamında böyük komandir Məhəmməd Deyf və digər şəhid komandirlərin şəhadəti ilə bağlı Qəssam Briqadaları, HƏMAS döyüşçülərinə və Fələstin xalqına başsağlığı verib.
O deyib: “Əl-Əqsa Tufanı döyüşündə Qəssam Briqadalarının birliyi müqavimətin qələbəsində mühüm rol oynadı.”
Seyid Əbdülməlik əl-Husi sonra deyib: “Qəzzə xalqına yardım dini vəzifə əsasında həyata keçirilir.”
“ABŞ və sionist rejim Qəzzəyə hücum edərək müqaviməti məhv etməyə çalışdı” - deyə, o, qeyd edib.
Əl-Husi bəyan edib ki, düşmənlər Qəzzədəki məğlubiyyətlərinin əvəzini Fələstinin İordan çayının qərb sahilində cinayətlər törətməklə çıxmağa çalışırlar.